Masallıdan olan şəhid Mikayıl Həmidlinin yeni dünyaya gələn övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Belə ki, övladın anasının həsabına 1000 AZN məbləğ köçürülüb. Körpənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait yerləşdiriləcək. Fonda edilən ianələr hesabına toplanan məbləğdən bu hesaba vəsait köçürüləcək. Uşaq 18 yaşına çatdıqdan sonra bu vəsaiti üzərinə mütəmadi toplanan faizlərlə birlikdə çıxara biləcək.
Xatırladaq ki, Mikayıl Vüqar oğlu Həmidli Qarabağ bölgəsində antiterror əməliyyatı zamanı, 19 sentyabr tarixində şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, "Onlar bizə əmanət" layihəsi çərçivəsində 111 şəhid övladına dəstək göstərilib.
[caption id="attachment_47044" align="alignnone" width="336"]
Foto YAŞAT Fondu[/caption]