Təmizlik Marafonu çərçivəsində Viləşçayın Yardımlı rayondan keçən hissəsində təmizlik aksiyası keçirilib.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, aksiyada nazirliyin yerli qurumlarının əməkdaşları, yerli icra nümayəndəlikləri, bələdiyyələri, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri və sakinləri iştirak ediblər.
Təmizlik aksiyasının keçirilməsində məqsəd ətraf mühiti təmiz saxlamaq, tullantıların düzgün şəkildə idarə olunmasını təşviq etmək, insanları təmizliyə və ətraf mühitə qarşı məsuliyyətli yanaşmağa yönəltməkdir.