Xalq artisti Faiq Ağayev təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
O, “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalına layiq görülüb. Medalı ona Müdafiə Sənayesi naziri, milli qəhrəman Mədət Quliyev təqdim edib.
Qeyd edək ki, Faiq Ağayevin atası Balağa Ağayev əslən Astaradan idi. O, 2011-ci ildə dünyasını dəyişib və doğma yurdu Astarada dəfn olunub.
[caption id="attachment_33580" align="alignnone" width="336"]
Faiq Ağayev İnstagram[/caption]