top
Vətəndaş DYP əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etdiyini iddia edir
24 yanvar 2023, 07:00
- ↺ +

Vətəndaş DYP əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etdiyini iddia edir

Masallı rayon, Bədəlan kənd sakini Kamal Əzizov Dövlət Yol Polisi əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etdiyini iddia edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində Qafqazinfo-ya istinadən verir.

Vətəndaş bildirib ki, hadisə 21 yanvar 2023-cü ildə Masallı və Lənkəran rayonları arasındakı ikinci dərəcəli magistral yolda baş verib. Onun sözlərinə görə, polis əməkdaşları yolda onu saxlayıb, məcburi qaydada narkoloji testdən keçmək üçün xəstəxanaya aparıblar:

“Həyat yoldaşım hamilə olduğu üçün səhhətində problem yarandı. Onu təcili Lənkəran şəhərində yerləşən xəstəxanaya aparmalı oldum. Təqribən saat 9 tamamda 2-ci dərəcəli Masallı-Lənkəran yolunda 90-CC-470 dövlət nömrə nişanlı şəxsi avtomobilimlə yoldaşımı Lənkəran şəhərində yerləşən xəstəxanaya apararkən yol polisi əməkdaşları “saxla” işarəsi verdilər. Maşından düşüb onların maşınına yaxınlaşdım heç bir qayda pozuntusuna yol vermədiyimi, avtomobilimdə hamilə həyat yoldaşımın olduğunu, onu təcili xəstəxanaya çatdırmalı olduğumu bildirdim. Gecə yoldaşımın ağrıları olduğundan yatmadığım üçün gözlərimdən yorğunluğum hiss olunurdu. Onlar isə bunu görüb mənim içkili və ya narkotik təsiri altında olduğum qənaətinə gəldilər. Onlarla birlikdə narkoloji yoxlamaya getməli olduğumu bildirdilər. Mən isə həyat yoldaşımın vəziyyəti ilə əlaqədar gecə yatmadığımı və onun tibbi yardıma ehtiyacı olduğu üçün xəstəxanaya çatdırmalı olduğumu dedim. Buna baxmayaraq, onlar məni narkoloji yoxlamaya apardılar. Yoxlama zamanı testin nəticəsi neqativ çıxdı. Mən narkoloji testin nəticəsini tələb edəndə dedilər ki, nəticə bizdə qalsın, sən get. Əks halda sənə cərimə yazarıq. Təkid edərək nəticəni alıb, oradan çıxdım. Evə gəldikdən sonra SMS vasitəsilə cərimə olunmağım barədə məlumat aldım. Təhlükəsizlik kəmərini bağlamadan maşını idarə etməyə görə 40 manat cərimə olunmuşdum”.

Vətəndaş bildirir ki, polis əməkdaşlarının səhlənkarlığı nəticəsində həyat yoldaşının vəziyyəti pisləşib və hazırda müalicə alır: “Köməyə ehtiyacım olmasına baxmayaraq, əksinə, bizi yarım saatdan çox yubatmaları polis əməkdaşlarına yaraşan bir hərəkət deyildi”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidməti ilə əlaqə saxlanılıb. Qurumun Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, sözügedən müraciətlə bağlı araşdırma zamanı müəyyən edilib ki, həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb: “Saxlanılan zaman sürücünün özünün də qeyd etdiyi kimi onun zahiri görünüşündən spirtli içki və ya narkotik vasitənin sərxoşluğu altında olmasına dair şübhə yarandığından həmin şəxsin tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsi neqativ olduğu üçün barəsində yol verdiyi qayda pozuntusu ilə bağlı, yəni təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inzibati qaydada protokol tərtib edilib və sürücü yoluna davam edib”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Oxşar xəbərlər