Bu gün Vətən müharibəsi şəhidimizin, əslən Masallıdan olan Zeynal Şahhüseynlinin ad günüdür.
Zeynal Fizuli oğlu Şahhüseynli 1998-ci il mayın 17-də Masallı şəhərində dünyaya göz açıb.
Zeynal Şahhüseynli Vətən müharibəsi zamanı Füzuli istiqamətində döyüş tapşırığın yerinə yetirərkən ağır yaralanır və Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilir. Daha sonra müalicəsini ev şəraitində davam etdirir.
Zeynal Şahhüseynli 2021-ci il iyunun 5-də komaya düşüb və 11 gün sonra şəhid olub.
Fəxrimiz “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.