Lənkəranda “Gənclər həftəsi” ilə əlaqədar xeyriyyə tədbiri baş tutub. Bu haqda bu gün, 30 yanvar tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Müayinə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü və dəstəyi ilə Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin baş həkimi Fazil Məmişov və dispanserin həkim heyəti tərəfindən təşkil olunub. O. Mirzəyev adına qarışıq tipli uşaq evində və Lənkəran şəhər oğlanlar üçün 2 nömrəli ailə tipli kiçik qrup evində valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan uşaq, yeniyetmə və gənclərin təmənnasız tibbi müayinəsi aparılıb.