top
Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən sabiq vəzifəli şəxs barədə qərar verilib
22 avqust 2024, 04:50
- ↺ +

Üç uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən sabiq vəzifəli şəxs barədə qərar verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin sabiq rəisi İdrak Əsədov barədə qərar verib.

Cenublu.az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun barəsində olan qərardan verilən kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini tutumuş İdrak Əsədov bu il məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə İdrak Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi onun hökmdən verdiyi şikayəti təmin etməyib.

Araşdırmalarla məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Təmir-bərpa xidmətinin əməkdaşları müəyyən edib ki, evin kənarında yer altından keçən qaz xətti deşilib və qaz sızmasını müəyyən edilsə də, qəzalı vəziyyət aradan qaldırılmayıb.

Bir neçə gün sonra G.Kərimovanın oğlu evin otağının qapısını açaraq işığı yandırarkən partlayış baş verib. Nəticədə 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ağır yanıq xəsarətləri alıblar. Onların 3-ü də aldığı xəsarətlərdən xəstəxanada vəfat ediblər. Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub. Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilib. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Daha sonra İdrak Əsədlinin hadisədən sonra İrana qaçdığı bildirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
Bu gün, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Bütün xəbərlər
Bu gün, 15:00

Masallının bu kəndinin sakinləri yollardan şikayətçidirlər

Faydalı
Bu gün, 14:03

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
Bu gün, 13:30

10 ayda istehlakçılara qaytarlıan ƏDV-nin məbləği açıqlanıb

Bütün xəbərlər
Bu gün, 12:49

Sabah hava necə olacaq?

İqtisadiyyat
Bu gün, 12:03

Azərbaycanda gələn il mədəniyyət xərclərinin gözlənilən strukturu məlum olub

İdman
Bu gün, 11:15

Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək

Bütün xəbərlər
Bu gün, 10:35

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:00

Azərbaycanda siqaret çəkən qadınların çoxu 65 yaşdan yuxarıdır

Siyasət
Bu gün, 08:41

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:14

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Oxşar xəbərlər