Milli Məclisin deputatı Sabir Rüstəmxanlı turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmasını təklif edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində verir.
Parlamentin bu gün keçirilən iclasında çıxış edən millət vəkili bildirib ki, Qızılağac qoruğuna səfəri zamanı orada sanki müharibənin getdiyini görüb:
"Hazırda dünyada səhralaşma gedir, ona görə də əcnəbilərin ölkəmizdə ov etməsinə qadağa qoymaq daha məqsədəuyğun olar”.