Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Elşad Zeynallının məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 oktyabr tarixində verir.
Ziyarətdə icra başçısı ilə yanaşı, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri də iştirak ediblər.
Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, Elşad Zeynallı ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-ü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.