Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Qurumba və Narbağı kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində verir.
Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Görüşdə vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərini rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradılıb.
Qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib.