Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Göyşaban kənd inzibati ərazi dairəsinin sakinləri ilə səyyar qəbul keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində quruma istinadən verir.
Vətəndaşlarla qəbul-görüş 18 oktyabr tarixində saat 15:30-da kəndin Mədəniyyət Evində baş tutacaq.