Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 oktyabr tarixində verir.
Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatlarının və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Taleh Qaraşov Göyşaban və Ürgə kənd sakinlərinin qaldırdıqları bütün müraciətləri dinləyib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə qurumlara rəsmi müraciətlərin ünvanlanması üçün nəzarətə götürülüb.