Bu gün Vətən müharibəsi şəhidi Elmir Məmmədovun doğum günüdür.
Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub.
O, Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək 2020-ci il sentyabrın 27-də şəhidlik zirvəsinə ucalıb. Şəhid Elmir Məmmədov Salyan rayonunun Xocalı kəndində dəfn olunub.
Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.