top
Şəhid oğlu: Atam bayrağımızı mənə əmanət edib
09 noyabr 2024, 04:20
- ↺ +

Şəhid oğlu: "Atam bayrağımızı mənə əmanət edib"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsində iştirak edərək, qəhrəmancasına şəhid olanlardan biri də Taleh İsmayılovdur.

AzEdu Təhsil Portalı olaraq qəhrəman şəhidimizin övladları ilə həmsöhbət olub.

 - Murad, dərslərini necə oxuyursan? Ən çox hansı fənni yaxşı mənimsəyirsən?

- Dərslərimi yaxşı oxuyuram. Əsasən tarix fənnində daha yaxşı olduğumu söyləyə bilərəm. Hətta fənn olimpiyadalarında da iştirak edirəm.

- Təhsil həyatınla bağlı hansı hədəflərin var?

- Bakalavr pilləsi üzrə ali təhsili adlıqdan sonra magistraturaya qəbul olub təhsilimi hüquq üzrə davam etdirmək istəyirəm.

- Bəs magistratura təhsilini Qarabağ Universitetində almağı düşünürsənmi?

- Əlbəttə, istərəm. Atamın xidmət edib şəhidlik zirvəsinə ucaldığı ərazidə təhsil almaq mənə şərəfdir. Çünki Qarabağ torpağı mənə doğmadır.

 - Murad, çox istərdik ki, atanla bağlı yadda qalan bir xatirənizi bizimlə bölüşəsən...

- Birinci sinifdə sinif yoldaşlarımı dərsə valideynləri, əsasən də ataları gətirirdi. Mənim atam hərbi xidmətdə olduğu üçün gələ bilməmişdi. Bir müddət sonra atamla əlaqə saxladım və sinif yoldaşlarımı dərsə atalarının aparıb-gətirdiyini, onun isə mənim dalımca gələ bilmədiyini dedim. Bu sözdən sonra atam mənə dedi ki, gələn dəfə gəlib səni özüm dərsə aparacam. Bu söhbətin üstündən bir həftə keçdi. Atam mənə telefonda verdiyi sözünü tutdu. Mənimlə birgə dərsə gəldi, hətta əyləşdik və fotomuzu da çəkdi. Bu hadisəni heç zaman unutmaram.

- 44 günlük Vətən müharibəsindəki qələbədən əvvəl atam evə bir bayraq gətirdi. Bayrağı mənə təqdim elədi və dedi: “bayrağı sənə əmanət edirəm, onu qoru. Vətənimizin bütün torpaqları işğaldan azad edildikdən sonra bu bayrağı səninlə birgə Şuşada dalğalandırarıq.

Xatırladaq ki, Taleh İsmayılov 1986-ci ildə noyabrın 26-da Lənkəran rayonunun Boladı kəndində anadan olub.

Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı noyabrın 4-ü qəhrəmancasına şəhid olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Oxşar xəbərlər