2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac milli parkında “açıq qapı” günü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində Report.az-a istinadən verir.
Belə ki, ziyarətçilər 2 fevral tarixində Qızılağac milli parkına ödənişsiz daxil olaraq ərazidə toplaşan çoxsaylı ornitofauna növlərini müşahidə edə biləcəklər.
Qeyd edək ki, 99.060 ha ərazisi olan Qızılağac milli parkı Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisini əhatə edir.