top
Qəzənfər Ağayev Şağlazüzə kəndində görüş keçirib
19 oktyabr 2023, 09:27
- ↺ +

Qəzənfər Ağayev Şağlazüzə kəndində görüş keçirib

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.

İcra başçısı bildirib ki, son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Siyaku, Vaqo, Rinə, Marzəsə kəndlərində müasir tipli məktəb binaları tikilib, əsas yollar asfaltlanıb, qazlaşma aparılıb, sahilbərkitmə işləri, elektrik xətt təsərrüfatında təmir işləri görülüb. Aqrar sahə, xüsusən sitrusçuluq inkişaf edərək ildən-ilə genişlənir. Müasir üsullarla yeni sitrus bağlarının salınması nəticəsində bol məhsul əldə edilir.

Son günlər yağan aramsız yağışlar rayonumuzun yaşayış məntəqələrində, o cümlədən Siyaku nümayəndəliyi ərazisində müəyyən fəsadlar törədib. Pensərçayda sel-suları bir neçə körpünü zədələyib, bəzilərini tamamilə sıradan çıxarıb. Həmin ərazilərdə alternativ yollar salınmaqla, hazırda körpülərin bərpası istiqamətində işlər görülür.

Kənd sakinləri çıxış edərək Şağlazüzə kənd tam orta məktəbi üçün əlavə sinif otaqlarının tikilməsinə, kəndə əlavə telefon nömrələrinin verilməsi və internet şəbəkəsinin çəkilməsinə, elektrik xətt təsərrüfatının yenilənməsinə, ərazidə yanğınsöndürmə və təcili tibbi yardım məntəqələrinin yaradılmasına köməklik göstərilməsini xahiş ediblər.

İcra başçısı vaxt tələb edən məsələlər barədə izahatlar verib, digərlərinin həlli ilə əlaqədar təsərrüfat və xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verib.

Son xəbərlər

Kriminal
Bu gün, 10:26

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Dünən, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Dünən, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
29 sentyabr 2026, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
29 sentyabr 2026, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
29 sentyabr 2026, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
29 sentyabr 2026, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Oxşar xəbərlər