top
Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?
06 noyabr 2024, 00:26
- +

Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...

İndi həmin uşaqların aqibəti necə olacaq? 

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: “Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək”.

Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: “Astara rayonu Diqo kənd sakini Baxşıyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb.

Nazim Baxşıyevin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdən və müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında mərhumun birinci həyat yoldaşından olan uşaqları ikinci həyat yoldaşı Minayə İbayevanın qəyyumluğuna verildikdən sonra ona mərhumun digər övladlarına görə də ailə başçısını itirməyə görə sosial müavinət ödəniləcək”.

Bəs ümumiyyətlə, bu kimi hallarda ailələrə hansı dəstək göstərilməlidir?

Bu sualmızı isə vəkil Pərviz Məmmədov cavablayıb: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir”.

Qeyd edək ki, hadisə oktyabrın 30-da Astara rayonunun Pensər kəndi ərazisində baş verib.1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Son xəbərlər

Kriminal
Bu gün, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Bu gün, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Bu gün, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 15:25

Sabirabadda qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 14:50

Şəhid İlkin Kazımovun doğum günüdür

İdman
Bu gün, 14:20

Astaralı güləşçilər Türkiyədən iki bürünc medalla qayıdıblar

Bütün xəbərlər
Bu gün, 13:53

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Bu gün, 13:25

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:30

Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

Bütün xəbərlər
Bu gün, 11:57

Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü

Bütün xəbərlər
Bu gün, 11:26

Masallılı igid şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:55

Təxminən 23 min nəfər ailə başçısını itirdiyinə görə pensiya alır

Kriminal
Bu gün, 10:25

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:50

Ələtdə faciə: Əmi və qardaşı oğlu boğuldu

Bütün xəbərlər
Bu gün, 09:15

MİDA güzəştli mənzillər satışa çıxarıb

Kriminal
Dünən, 18:15

Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu

Bütün xəbərlər
Dünən, 17:33

Lənkəranda təmizlənən ərazi yenə zibilliyə çevrildi

Cəmiyyət
Dünən, 17:00

Qardaşı işə aparmadı, "102"yə şikayət etdi

Bütün xəbərlər
Dünən, 16:25

Bu il neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Bütün xəbərlər
Dünən, 15:50

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

Bütün xəbərlər
Dünən, 15:17

Təhsil tələbə kreditlərinə müraciət başladı

Kriminal
Dünən, 14:45

Arvadını evə gətirən sürücünün burnunu sındırdı

Bütün xəbərlər
Dünən, 14:11

Günvurma ilə bağlı müraciətlərin SAYI

Bütün xəbərlər
Dünən, 13:36

Sabah duman olacaq, şimşək çaxacaq

Oxşar xəbərlər