Azərbaycan Respublikasının Prezidenti “2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Sərəncama əsasən, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 5 məzun Prezident təqaüdünə layiq görülüb. Bunlar:
- R.Bədəlov adına Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbinin məzunu Aytac Mehman qızı Abdullayeva;
- N.Gəncəvi adına Masallı rayonu Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbinin məzunu Solmaz Tağı qızı Əliyeva;
- Masallı rayonu Mollahəsənli kənd tam orta məktəbinin məzunu Kubra Maqsud qızı Həsənzadə;
- Ş.Qasımov adına Astara şəhəri 4 tam orta məktəbinin məzunu Anar İsmayıl oğlu Hüseynov;
- Astara şəhəri 5 nömrəli tam orta məktəbinin məzunu Nihat Rəşad oğlu Həsənzadədir.