Cəlilabadda vətəndaş benzin içərək intihara cəhd edib. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Hadisə rayonun Uzuntəpə kəndində baş verib. 29 yaşlı Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.
Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. Cabbarov yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Yaxınlarının dediyinə görə, M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.