Masallıda elektrik xətlərində yaranmış fəsadlar aradan qaldırılır. Bu haqda bu gün, 30 noyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
İşlər Qəriblər ərazisində görülür. Hazırda qəzalı elektrik dirəkləri dəyişdirilir. Həmçinin elektrik xətlərində istifadəyə yararsız halda olan naqillər yenisi ilə əvəzlənir.