Masallı rayonunda birmərtəbəli ev yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Hadisə rayonun Qasımlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 180 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.