Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallıdan olan Vətən müharibəsi əlili Sabir İmanovu mənzillə təmin edib. Bu barədə Cenublu.az xəbər verir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Sabir İman oğlu İmanov 1992-ci ildə Xırmandalı kəndində anadan olub.
Qəhrəmanımız Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. Noyabrın 5-i Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb.
O, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Üç övladı olan Sabir Səbail rayonu ərazisində yerləşən yaşayış kompleksində mənzillə təmin olunub.