Masallı rayonunda 3,5 maqnitudalı zəlzələ olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 oktyabr tarixində verir.
Seysmoloji Mərkəzdən verilən məlumata əsasən, yeraltı təkanlar 22 oktyabr tarixində saat 00:58-də Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda qeydə alınıb.
Zəlzələ yerin 18 kilometr dərinliyində baş verib.