Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəbinin açılışı həyata keçirilib.
Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, açılış mərasimində Masallı RİH-nin başçısı Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Yeni məktəbin açılışı münasibətilə kənd sakinlərini, eləcə də məktəbin pedaqoji kollektivini təbrik edən rayon rəhbəri onlara yeni dərs ilində uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Qəzvinoba kənd ümumi orta məktəbinin yeni binası üçmərtəbəli, 180 yerlikdir.