top
Masallıda “Xocalı - Şəhid Şəhər” adlı tamaşa-kompozisiya səhnələşdirilib
24 fevral 2023, 05:59
- ↺ +

Masallıda “Xocalı - Şəhid Şəhər” adlı tamaşa-kompozisiya səhnələşdirilib

Masallıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tamaşa-kompozisiya təqdim olunub. Bu haqda bu gün, 24 fevral tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Tamaşanı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Polis Şöbəsinin, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, mədəniyyət nümayəndələri, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, kollecin şagird və müəllim kollektivi, Xocalıdan olan məcburi köçkün ailəsi, yerli media nümayəndələri, həmçinin digər rayon rəsmiləri izləyiblər.

Əvvəlcə mərkəzin foyesində təşkil edilmiş Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova qeyd edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Daha sonra tamaşa nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir. Rolları Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ifa ediblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Bu gün, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Bu gün, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Bu gün, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Bu gün, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Bu gün, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Bu gün, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Bu gün, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Bu gün, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Bu gün, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Bu gün, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Oxşar xəbərlər