“Aqroservis” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov Masallıda vətəndaşlarla görüşəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində verir.
Qəbul 23 oktyabr tarixində saat 10:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq. Burada Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlər cavablandırılacaq və tədbirlər görüləcək.
Görüşə gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qeydiyyat üçün Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-42-44, 050-365-11-51) zəng etmək lazımdır.
Qeyd edək ki, görüş Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən həyata keçiriləcək.