Masallıda gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.
Tədbir ASAN İntellektual İnkişaf Mərkəzində baş tutub. “Zəfər qələbəmiz şanlı tariximizdir” mövzusunda olan turnirdə Masallı Dövlət Regional Kollecinin tələbələri biliklərini sınayıblar. Sonda qalib gəlmiş komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun və Masallı Gənclər Evi SXM-in birgə əməkdaşlığı ilə həyata keçirilib.