Masallıda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Hadisə İkinci Yeddioymaq kəndində qeydə alınıb. Ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə alovlanıb. Həmçinin içərisinə yığılan 12 ton ot bağlamasının 10 tonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.