Masallı Regional Taekvondo Mərkəzində “İdman hamı üçün” layihəsi çərçivəsində “Taekvondo hamı üçün” devizi altında idman tədbiri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda taekvondo idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtının səmərəli təşkil edilməsi olub.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.