Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində verir.
Çıxışlarda sülhün qorunması üçün Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışılıb.
Tədbir Masallı Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilib.