Masallıda Azərbaycan Silahlı Qüvvələrinin zabiti baş leytenant Şəmistan Şükrün oğlu Yusifli dəfn olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində verir.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhadətə ucalan şəhidimiz doğma Xırmandalı kəndində torpağa tapşırılıb.