Masallı rayonunun Böyük Kolatan kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 810 m² (hər mərtəbəsi 270 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.