Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunda yerləşən heyvan kəsimi obyektlərində yoxlama aparıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.
Monitorinq zamanı Boradigah qəsəbəsində yerləşən ət satışı məntəqələrində nöqsanlar aşkar edilib. Nəticədə obyektlərin sahibləri (Habil Babayev və Rafət Hacıyev) barəsində inzibati protokol tərtib olunub.