Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsi işləri həyata keçirir.
Cenublu.az nazirliyə istinadən xəbər verir ki, Masallıda regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır.
Qeyd olunan mərkəzdə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Tədris olunan peşələr üzrə sinif, instruksiya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq.