Masallıda birmərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Böyük Kolatan kəndində baş verib. Ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.