Masallıda gənclər arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Könüllülərin biliyi" adlı yarış təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 dekabr tarixində verir.
Belə ki, yarışmada Zirvə komandası I yerə, İstiqlaliyyət komandası II yerə, Vətən komandası III yerə layiq görülüb. Qalib gələn komandalar diplom, kubok və medallarla təltif olunublar.
Qeyd edək ki, oyun Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun təşkilatçılığı ilə baş tutub.