Masallıda 21 oktyabr tarixində itkin düşən yeniyetmənin olduğu yer müəyyən edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Apa-ya istinadən verir.
Belə ki, aparılan axtarış tədbirləri nəticəsində 9-cu sinif şagirdi Nurtac Quliyeva tapılıb. O, ailəsinə təhvil verilib.
Məktəblinin itkin düşməsi ilə bağlı daha əvvəl məlumat vermişdik.