Masallıda 16 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində Apa-ya istinadən verir.
Belə ki, rayonun Boradigah qəsəbəsi sakini, 9-cu sinif şagirdi Nurtac Quliyeva 21 oktyabr tarixində yaşadığı evi tərk edib və indiyədək qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.