Masallı rayonunun Birinci Yeddioymaq kəndində yanğın olub.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 240 kv.m (hər mərtəbəsi 120 kv.m) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.