Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 dekabr tarixində verir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsinin gənc nəslə ötürülməsi, onun həyat və siyasi yoluna işıq salınması, həmçinin məktəblilərin fikrini ifadə etmə bacarıqlarının inkişaf etdirilməsidir.
İnşa-yazılar münsiflər tərəfindən yoxlanılacaq, nəticələr növbəti həftə ərzində elan olunacaq. Qaliblər sertifikatla mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı, Masallı rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə həyata keçirilib.