top
Masallıda gənclərin ziyalı ailənin nümayəndələri ilə görüşünü keçiriblər
15 fevral 2023, 05:59
- +

Masallıda gənclərin ziyalı ailənin nümayəndələri ilə görüşünü keçiriblər

Masallıda ziyalıların gənc nəsillərə tanıdılması məqsədilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.

Tədbirdə polis ailəsi olan ziyalı Şiriyevlər ailəsi gənclərlə görüşüb.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva polis polkovnik leytenantı Məmmədağa Şiriyev və onun həyat yoldaşı, polis mayoru Validə Şiriyevanın birgə həyat hekayələri, yaşadıqları çətinliklər, cəmiyyətə və dövlətə yararlı vətəndaş olaraq tutduqları mövqelərdən geniş məruzə edib.

Sonra bütün həyatını dövlətin xidmətinə sərf edən, gənclərin və veteranların dostu Məmmədağa Şiriyev, onunla çiyin-çiyinə çalışan ömür-gün yoldaşı, sevimli ana, qayğıkeş nənə Validə xanım Şiriyeva çıxış edərək özlərinin keçdikləri birgə ömür yolundan və bu qoşa ziyalı həyatından danışıblar. Həyatda dost, işdə polis qaydası ilə ömürlərinin 50 ilini birgə addımlayan ziyalı cütlük yeniyetmə və gənclərə öz tövsiyələrini veriblər.

Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək ziyalı Şiriyevlər ailəsinin həyat hekayəsinin hər bir gəncə ibrət ola biləcək həqiqi dastan olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Lənkəranda gənclərə rəqəmsal mühitdəki gizli narkotik riskləri izah olunub

Bütün xəbərlər
Bu gün, 16:30

Lənkəranda qanunsuz toyuq kəsimi müəssisəsi aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 16:00

Rayonlarda sel və dolu xəbərdarlığı verildi

Bütün xəbərlər
Bu gün, 15:30

Kolleclərə qeydiyyat başladı

Bütün xəbərlər
Bu gün, 15:00

Aşağı Nüvədi kəndində sahibsiz itlər sakinləri qorxuya salıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Bu gün, 14:00

Masallıda 13 yaşlı qız ana oldu: Sevgilisinə şərti həbs

Bütün xəbərlər
Bu gün, 13:30

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!

Bütün xəbərlər
Bu gün, 13:00

Sabah Astaranın üç kəndində qaz olmayacaq

Kriminal
Bu gün, 12:30

Biləsuvarda kişi arvadını dağladı – Məhkəmə

Kriminal
Bu gün, 12:00

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:30

Birinci Qarabağ müharibəsinin itkin-şəhidləri dəfn olunacaq

Bütün xəbərlər
Bu gün, 11:00

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Bütün xəbərlər
Bu gün, 10:30

Azərbaycanda 1941-1945-ci illər müharibəsinin veteranları daha 5 nəfər azalıb

Bütün xəbərlər
Bu gün, 10:00

Lənkəranda 8 400 abonentin işığı kəsiləcək

İqtisadiyyat
Bu gün, 09:30

Azərbaycan neftinin qiyməti 94 dolları ötdü

Bütün xəbərlər
Dünən, 17:30

Bakıda gənc oğlanın meyiti hamamda tapıldı

Bütün xəbərlər
Dünən, 16:30

İki il gözlədi, mal-qara ala bilmədi – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:00

Son 7 ayda Azərbaycanda 405 min nəfərə Prezident təqaüdü ödənilib

Kriminal
Dünən, 15:00

Salyanlı kişi qayınanasını plastik boru ilə döydü

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 14:00

Bu il 15 qadın məişət zorakılığı zamanı öldürülüb - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:30

Sabah bu rayonlarda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 13:00

Sabah hava necə olacaq?

Oxşar xəbərlər