Masallıda 62 yaşlı İsbəndiyar İsmayılov elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Hadisə rayonun Qızılağac kəndi ərazisində baş verib. İ.İsmayılov aldığı xəsarətdən hadisə yerində vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.