Masallıda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 yanvar tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri: 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu, 30 yaşlı Elvin, qızı, 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: 8 yaşlı Rəsul, 6 yaşlı Nuray və 4 yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.