Masallı rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində Apa.az-a istinadən verir.
Hadisə Əminli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 105 kv.m olan kürsülü 3 otaqlı evin yanar konstruksiyaları 75 kv.m sahədə alovlanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.