top
Masallıda əməliyyat: ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb
20 fevral 2023, 00:39
- ↺ +

Masallıda əməliyyat: ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində verir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında həmin mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar. Oğurlanan əşyaların bir qismi onlarda aşkarlanaraq maddi sübut kimi götürülüb.

Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri ilə tanışına məxsus yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 2000 manata yaxın olan məişət əşyaları və motosiklet ehtiyat hissələrini oğurlayan Masallı rayon sakini Q.Əhmədov müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş 1000 manat dəyərində mis elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Ü.Hüseynov olduğu müəyyən edilib.

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Bu gün, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Bu gün, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Bu gün, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Bu gün, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Bu gün, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Bu gün, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Bu gün, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Bu gün, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Bu gün, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Bu gün, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Oxşar xəbərlər