Masallı rayonunun Şıxlar kənd sakinindən heroin aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şıxlar kənd sakini Z.Alışovdan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 147 qramdan çox heroin aşkar olunaraq götürülüb.