Masallıda iki nəfərdə külli miqdarda narkotik vasitə aşkarlanıb. Bu haqda bu gün, 24 fevral tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Allahverdiyev saxlanılıblar. Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin, 1 kiloqrama yaxın metamfetamin və 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.