Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində “Masallı xəbərləri”nə istinadən verir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İH başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbulda 50 nəfərə yaxın vətəndaş iştirak edib. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.