Masallıda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Lent.az-a istinadən verir.
Hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Orxan Şəkərəli oğlu Fərzəliyev mal-qara saxlanılan tikilidə özünü asıb.
İlkin ehtimala görə, onun uzun müddətdir ki, psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.
Faktla bağlı araşdırma aparılır.
İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.