top
Mədəniyyət naziri Anar Kərimov Masallı rayonuna səfər edib
21 oktyabr 2022, 03:10
- ↺ +

Mədəniyyət naziri Anar Kərimov Masallı rayonuna səfər edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mədəniyyət naziri Anar Kərimov Masallı rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Nazir Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəb 1964-cü ildən musiqi, 1989-cu ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərib. 2016-cı ildə dövlət başçısının iştirakı ilə təhsil ocağı üçün müasir və geniş binanın açılışı olub. Həmin ildən Onbirillik İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, qarmon, balaban, xanəndəlik, rəssamlıq və xoreoqrafiya ixtisasları üzrə 304 şagird təhsil alır, 70 müəllim çalışır. Nazir sözügedən məktəbin keçmiş binasına da baş çəkib.

[caption id="attachment_26985" align="alignnone" width="336"]Masallı Regional Mədəniyyət İdarəsi Masallı Regional Mədəniyyət İdarəsi[/caption]

Mədəniyyət naziri 1963-cü ildə fəaliyyətə başlayan Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib, 1984-cü ildə yaradılan və muzeyə məxsus binada fəaliyyətini davam etdirən Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ölkə başçısının iştirakı ilə 2016-cı ildə muzeyin təyinatına uyğun üçmərtəbəli yeni binasının açılışı olub. Nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər və sənədlər bölmələrindən ibarət muzeyin fondunda 9047 eksponat mühafizə edilir, onlardan 900-ə yaxını daimi sərgilənir.

[caption id="attachment_26986" align="alignnone" width="336"]Masallı Regional Mədəniyyət İdarəsi Masallı Regional Mədəniyyət İdarəsi[/caption]

Masallı rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.

Nazir Masallıda XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamamı (inv. № 4845) və Cümə məscidini (inv. № 4863) də ziyarət edib.

[caption id="attachment_26987" align="alignnone" width="336"]Masallı Regional Mədəniyyət İdarəsi Masallı Regional Mədəniyyət İdarəsi[/caption]

 

Daha sonra Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gələn Anar Kərimovu mərkəzin qarşında “Halay” və “Həcər” kollektivləri musiqi sədaları ilə qarşılayıblar. Mədəniyyət ocağının fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1956-cı ildən fəaliyyət göstərən mərkəzin binasında 2011-2013-cü illərdə əsaslı təmir işləri aparılıb. Sonra nazir mərkəzdə xalq tətbiqi sənət nümunələrinin hazırlanma prosesi ilə tanış olub, "Cənub incisi" ansamblının müşayiəti ilə Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramını izləyib.

[caption id="attachment_26988" align="alignnone" width="336"]Masallı Regional Mədəniyyət İdarəsi Masallı Regional Mədəniyyət İdarəsi[/caption]

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
Bu gün, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
Bu gün, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
Bu gün, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
Bu gün, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Kriminal
Bu gün, 11:49

Biləsuvarda ölümlə nəticələnən qəza ilə bağlı yeni qərar

Bütün xəbərlər
Bu gün, 11:10

FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair müraciət edib

İqtisadiyyat
Bu gün, 10:30

Azərbaycanda 9 ayda "e-rüsum" üzrə 53 milyon manata yaxın ödəniş olub

Bütün xəbərlər
Bu gün, 09:50

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 09:17

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Kriminal
Dünən, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Dünən, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Dünən, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Dünən, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Dünən, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Dünən, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Dünən, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Oxşar xəbərlər